Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verildikdə, onlara vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək və bu məbləğdən vergi tutulmayacaq.
İndiyə qədər qüvvədə olan qanuna əsasən isə gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq aşağıda göstərilən miqdarda birdəfəlik müavinət verilib;
- 10 ilə qədər - aylıq vəzifə maaşının 5 mislində;
- 10 ildən 15 ilə qədər - aylıq vəzifə maaşının 10 mislində;
- 15 ildən 20 ilə qədər - aylıq vəzifə maaşının 15 mislində;
- 20 ildən yuxarı - aylıq vəzifə maaşının 20 mislində.
Xidmət dövründə dövlət təltifləri olan gömrük orqanlarının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılıb.