Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də Fizzə Quliyevanın Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fizzə Qulu qızı Quliyeva Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru təyin edilsin".