İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edildi - SƏRƏNCAM

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilməsi  haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə Hacıyev İsmayıl Muxtar oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin".

Qeyd edək ki, bu gün İsmayıl Hacıyevin 70 illik yubileyidir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasında bir sıra tədbirlər keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: