Prezident İlham Əliyev yanvarın 23-də İsmayıl Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə İsmayıl Muxtar oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin sədri və Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. Təsdiq edilən tədbirlər planına əsasən Naxçıvanda İsmayıl Hacıyevin 70 illik yubileyi qeyd olunur.