Prezident İlham Əliyev yanvarın 26-da Tofiq Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatıan görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov “Şərəf” ordeni ilə təltif edilsin".