Prezident İlham Əliyev fevralın 2-də 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
Abbaszadə Orucəli Saleh oğlu
Abdulova Nərgiz Cövdət qızı
Əhmədov Ramil Bayram oğlu
İsmayıllı İsmayıl Cəfər oğlu
Qarayev Atəş İbrahim oğlu
Qasımov Pərvin Alim oğlu
Qasımzadə Zəhra İsa qızı
Qənbərov Nəcəf Bilal oğlu
Mirzəyeva Səmra Tahir qızı
Pərdəşünas Fərid Bayram oğlu".