Prezident İlham Əliyev fevralın 3-də Timuçin Əfəndiyevin Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilsin".