Prezident İlham Əliyev fevralın 4-də Rəhman Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilsin".