Prezident İlham Əliyev fevralın 5-də Yüen Sikunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Yüen Sikun “Dostluq” ordeni ilə təltif edilsin.