Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublika mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2021-ci il üçün elm və mədəniyyət sahələri üzrə Naxçıvan Muxtar Respublika mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə:
Məmmədova Mətanət Elmixan qızı – “Naxçıvan blokadası” ikicildliyi kitabına görə
Mədəniyyət sahəsi üzrə:
Alıyev Nizami İsgəndər oğlu – “Gəmiqaya qayaüstü rəsmləri” kitabına görə
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".