Prezident İlham Əliyev fevralın 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Hacıyev Fuad Hacı oğlu
“Tərəqqi” medalı ilə
Adıgözəlova Leyla Xudat qızı
Cabbarlı Bəhruz Ərzuman oğlu
Əbiyev Qalib Şamil oğlu
Əbiyev Telman Qulam oğlu
Hüseynov Fərhad Cəfər oğlu
Quliyev Yusif Nazir oğlu
Mahmudova Zümrüd Arif qızı".