Prezident İlham Əliyev fevralın 15-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Zəkiyev İlham Əzizağa oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Rəhimov İlqar Elxan oğlu
“Tərəqqi” medalı ilə
Abbasov İlqar Əziz oğlu
Əlizadə Ülkər Ələsgər qızı
Hacıyev Yaşar Fərəc oğlu
Məhərrəmov İlham Nadir oğlu
Muradov Əkbər Ədalət oğlu
Mürsəlov Rauf Dadaş oğlu
Ramazanzadə Mehman Əbil oğlu".