Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qanunla tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək.