Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:
Əsgərova Məhsəti Qasım qızı − “Əməkdar müəllim” fəxri adı ilə;
Həsənova Xumar Qurban qızı – “Əməkdar həkim” fəxri adı ilə;
Bağırova Fəxrəntac Salman qızı
Quliyeva Məhsəti Məmməd qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".