Prezident İlham Əliyev bununla əlaqədar iyulun 30-da sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin”.
Qeyd edək ki, Mirsənani Seyidov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatında şöbə müdiri və Naxçıvan Muxtar Respublikasının Nəqliyyat naziri vəzifələrində çalışıb.