Prezident İlham Əliyev martın 6-da Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mədəniyyət işçisi”
Abdullayeva Sahibə Abbas qızı
Firudinbəyova Əfruz Şükür qızı
“Əməkdar jurnalist”
Məhərrəmli Zemfira İsmail qızı
Rəsulova Firuzə Həmdəm qızı".