Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif edib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev martın 17-də Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar sırasında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin də əməkdaşları vardır.

Prezidentin Sərəncamı ilə Məmmədov Elnur Nizami oğlu və Seyidova Şəhanə Rizvan qızı “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: