Prezident İlham Əliyev martın 17-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Baliyeva Natalya Gennadyevna
Əmirbəyova Rita Cəmil qızı
“Tərəqqi” medalı ilə
Lerman Viktoriya Anatolyevna
Rudıçev Nikolay Nikolayeviç
Saprıkina Lyudmila Qennadiyevna".