Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır - FOTOLAR

A- A A+

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi həm də xalqımızı bir yumruq kimi birləşdirdi. Düşmən üzərindəki qələbə yenilməzlik rəmzinə çevrildi. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq”. İkinci Qarabağ müharibəsində Naxçıvandan olan igid oğullarımız da əsl vətənpərvərlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 18-də Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz Abdullayev İntiqam Allahverdi oğlunun cənazəsi muxtar respublikaya gətirilib.

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.

Şəhidin cənazəsi doğulduğu kəndə yola salınıb.

Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: