Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib

A- A A+

Azərbaycan prezidenti İlham Əliyev sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.

Sahibkarlığa Kömək Milli Fondunun “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçir.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının 5 üzvünü İqtisadiyyat Nazirliyi, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edir:

Maliyyə Nazirliyi;

Vergilər Nazirliyi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

Maliyyə Bazarlarına Nəzarət Palatası;

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Fondun nizamnamə fondu 1 094 254 581 manatdır və ona verilmiş əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: