Prezident İlham Əliyev bununla əlaqədar avqustun 1-də sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Yuli Solomonoviç Qusman “Dostluq” ordeni ilə təltif edilsin.”