Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Əbluç Ənvər Abasqulu oğlu
Qəmbərov Rəfail Əliyeviç
Məmmədov Böyükağa Zeynal oğlu.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.