Prezident İlham Əliyev martın 30-da “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
Şahin Babayev – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru".