Naxçıvanda yeni meyvə bağı salınıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında ekoloji mühitin qorunması insanların sağlam həyat şəraitində yaşamasına xidmət edir. Bu səbəbdən də yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir, yaşıllıq zolaqlarının sahəsi genişləndirilir, ətraf mühit qorunur. İnsanlara təbiətə qayğı hissi aşılayan yaşıllaşdırma tədbirləri, xüsusilə iməciliklərin keçirilməsi həm də kənd təsərrüfatının mühüm qolu olan meyvəçiliyin inkişafına təkan verir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 3-də muxtar respublikada yaz mövsümünün ilk iməciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 7 hektar ərazidə 1600 müxtəlif meyvə və üzüm tingləri əkib, aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Məlumat verilib ki, bu ilin yaz əkini dövründə muxtar respublikada 231 hektardan artıq sahədə meyvə və üzüm bağları salınacaq, yaşıllaşdırma, bərpa əkinləri aparılacaq, toxmacarlıq yaradılacaq və toxumla əkin həyata keçiriləcəkdir. Əkin zamanı 120 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən, 1300 kiloqram toxumdan istifadə olunacaqdır.

Həmin gün, ümumilikdə, muxtar respublikanın bütün rayonlarında 20 hektar ərazidə yeni meyvə bağı və yaşıllıq zolaqları salınıb, 12 mindən artıq ting əkilib. 9 hektar ərazidə isə bərpa əkini aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: