Naxçıvanda yaz iməcilikləri davam edir - FOTOLAR

A- A A+

İnsan həyatı üçün vacib olan amillərdən biri də sağlam ekoloji mühitin yaradılmasıdır.

Muxtar respublikada keçirilən iməciliklər, təbiətin qorunması və yaşıllıqların genişləndirilməsi sahəsində görülən işlər də bu məqsədə xidmət edir. Bu ilin yaz əkini mövsümündə muxtar respublikada 170 hektardan artıq sahədə meyvə bağı və yaşıllıq zolaqları salınıb.

NUHÇIXAN xəbər verir ki, aprelin 28-də muxtar respublikada növbəti iməciliklər keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarındakı 3 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak edib, bərpa əkini aparıblar. Meyvə bağında 200-ə yaxın meyvə və həmişəyaşıl ting əkilərək suvarılıb, aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib. Ali Məclisin Sədri muxtar respublikada bərpa əkinlərinin davam etdirilməsi, əkin üçün yararlı olmayan torpaq sahələrində meyvə və üzüm bağlarının salınması barədə tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: