Prezident İlham Əliyev İƏT-in Baş katibini “Dostluq” ordeni ilə təltif edib - SƏRƏNCAM

360

Prezident İlham Əliyev aprelin 8-də Yusif bin Əhməd əl-Osayminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl-Osaymin “Dostluq” ordeni ilə təltif edilsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: