Ordubad şəhərində yeni futbol stadionu qurulur

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərində qurulan futbol stadionunun layihəsinə baxıb, görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, yeni stadionda hazırda qaçış zolaqlarının asfaltlanması, 400 yerlik oturacaqların və avtomobil dayanacağının qurulması işləri görülür. Meydançada soyunma-geyinmə otaqlarının, tribunanın, işıqlandırma sisteminin yaradılması da nəzərdə tutulub.

Ali Məclisin Sədri stadionun standartlara uyğun qurulması barədə tapşırıq verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: