Prezident İlham Əliyev aprelin 23-də Oqtay Şirəliyevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilsin".