Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib

A- A A+
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib. NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı məktubda “Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbərin onu dərindən kədərləndirdiyini bildirib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: