Prezident İlham Əliyev aprelin 29-da Rövşən Bağırovun Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".