Prezident İlham Əliyev mayın 4-də Qorxmaz Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".