Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbov Asiya İnkişaf  Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb.

Ali Məclisin Sədri qonağı yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırıb. Ali Məclisin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın muxtar respublikaya səfərini xatırlayıb. Muxtar respublikada aqrar sahədə görülən işlərdən bəhs edən Ali Məclisin Sədri təqdim olunan yeni layihələrin bu baxımdan əhəmiyyətini qeyd edib.

Ali Məclisin Sədri qonağın Naxçıvana səfərindən məmnunluğunu bildirib.

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru xanım Kandis Makdeyqan Ali Məclisin Sədrinə səmimi qəbula görə minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikasına ilk səfərinin layihələrlə tanışlıq məqsədi daşıdığını qeyd edən qonaq əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: