Ali Məclisin Sədri Sərəncam imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Tural Əliyevin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram

Tural Akim oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin direktoru təyin edilsin".

Qeyd edək ki, Tural Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: