Prezident Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev mayın 22-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da vardır.

Prezidentin Sərəncamı ilə Əhmədova Seyran Əhməd qızı və Tağıyev Qınyaz Şirməmməd oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 illiyi münasibətilə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə təltif ediliblər.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: