Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır - SƏRƏNCAM

2278

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 7-də  “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində yeni texnologiyaların, distant və elektron təhsilin tətbiqi yüksək ixtisaslı kadr  hazırlığına geniş imkanlar açır. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiya olunduğu STEAM təhsil metodu da əldə olunan biliklərin praktikada tətbiqi və intellektual potensialın əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın təhsil müəssisələrində pilot layihə kimi STEAM təhsil metodundan istifadə bu sahədə sistemli tədbirlərin görülməsini zərurətə çevirib.

Mütərəqqi təhsil metodu kimi əhəmiyyətini nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılmasını və hər il “STEAM təhsil festivalı”nın keçirilməsini təmin etsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Təhsil və Maliyyə nazirlikləri bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: