Prezident İlham Əliyev iyunun 23-də ədliyyə polkovniki İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilsin".