Gömrük Komitəsi ilə Rusiyanın Federal Gömrük Xidməti arasında gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında Protokol təsdiqlənib - FƏRMAN
Dövlət Gömrük Komitəsi ilə Rusiyanın Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında Protokol təsdiq olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokolun təsdiq edilməsi barədə” Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” 2021-ci il mayın 20-də Moskvada imzalanmış Protokol təsdiq edilib.
Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.