Prezident İlham Əliyev iyulun 2-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə
polis polkovniki İslam Möhsüm oğlu Hümbətova
polis polkovniki Əkbər Məcid oğlu İsmayılova
polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə".