Prezident İlham Əliyev iyulun 8-də "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilsin:
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Abdullayeva Leyla Yaşar qızı
Həbibzadə Elcan İbrahim oğlu
Rəfiyev Yalçın İlqar oğlu".