Prezident İlham Əliyev iyulun 14-də "Kəmaləddin Heydərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".