Misir KİV-ləri: Şuşa sehrli mövqeyi və İslam abidələri ilə yenidən Azərbaycan səması altına qayıdıb - FOTOLAR

A- A A+

Şuşa düşmənlər üçün əlçatmaz olan hündür qayanın üzərində möhkəm qala kimi Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən 1750-ci ildə tikilib. Şuşa təkcə Azərbaycanda, Qarabağda deyil, bütün Qafqaz regionunda bənzərsiz məkanlardan biridir. Bu şəhər düşmən hücumlarından müdafiə məqsədilə istehkam kimi salınıb. Məhz buna görə qala-şəhər hesab edilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Misirin “algornalgy”, “gomhuriaonline”, “egyptian-gazette” xəbər portallarında dərc edilən və Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunan məqalələrdə yer alıb.

Məqalələrdə Qarabağın döyünən ürəyi Şuşa şəhərinin təbiəti və abidələri haqqında məlumat verilir. Qeyd edilir ki, Azərbaycanda əsrarəngiz və gözəl məkanlar axtararkən, ilk növbədə, mütləq Şuşa şəhərindən başlamaq lazımdır.

Yazılarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul şəxsinə istinadla bildirilib ki, Şuşada dini-tarixi məkanlar, qədim məscidlər də daxil olmaqla, Azərbaycanın yüzlərlə tarixi abidəsi qorunur. Qarabağ xanı İbrahimxəlil xan tərəfindən 1768-ci ildə inşa edilmiş və 1867-ci ildə təmir olunmuş Yuxarı Gövhərağa məscidi belə abidələrdəndir. Məscidin divarında “Qurani-Kərim”dən ayələrin, məscidin tikilmə tarixinin, eləcə də Gövhərağanın vəsiyyətinin həkk edildiyi daş kitabə var. Qarabağ xanının qızı Gövhərağa öz xeyirxahlığı, səxavəti ilə tanınıb. O, məscidin otaqlarından birini məktəbə çeviribmiş.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: