Əbülfət Əhmədov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilib - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 15-də Əbülfət Əhmədovun “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb:
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əbülfət Bayram oğlu Əhmədov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilsin".