Prezident İlham Əliyev iyulun 20-də Çingiz Hüseynzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Çingiz Muxtar oğlu Hüseynzadə “Şərəf” ordeni ilə təltif edilsin".