Xəzər İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev iyulun 26-da Xəzər İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".