Prezident İlham Əliyev avqustun 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Cavid Mirhəmzə oğlu Abdullayevə
general-mayor Elşən Ələkbər oğlu Verdiyevə
general-mayor ali hərbi rütbəsi
polkovnik Babək Vahid oğlu Qurbanova
polkovnik Faiq Həmzəağa oğlu Məmmədova".