Prezident İlham Əliyev avqustun 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının da hərbi qulluqçuları vardır.
Prezidentin Sərəncamı ilə polkovnik-leytenant Ağayev Sabir Fəzail oğlu “Vətən uğrunda” medalı ilə, polkovnik-leytenant Qənbərov Azər Heydər oğlu “İgidliyə görə” medalı ilə, polkovnik-leytenant Abbasov Eldəniz Hüseyn oğlu və polkovnik-leytenant Heydərov Fuad Fərman oğlu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.