Prezident Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyini təltif edib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev sentyabrın 6-da Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Kamal Cabir oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: