Aşağı Əndəmic Kənd Mərkəzində hərtərəfli şərait yaradılıb - FOTOLAR

657

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 15-də Aşağı Əndəmic kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 6299 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 115 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 41 üzvü vardır ki, onlardan da 11-i gənc, 18-i isə qadındır.

Yeni Azərbaycan Partiyası Aşağı Əndəmic kənd ərazi ilk təşkilatının sədri Badisəba Məmmədli yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Ordubad rayon Aşağı Əndəmic kənd Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sıraları günü-gündən genişlənir. Qəbul üçün sənəd verənlər çoxdur. Son illər Naxçıvan müasir şəhərə çevrilib. Kənd və rayonlarda aparılan abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bütün sahələrdə əldə edilən yüksək göstəricilər, davam etdirilən məqsədyönlü tədbirlər muxtar respublikanın dinamik inkişafının nəticəsidir. Muxtar respublikamız uğurla inkişaf edir. Bu uğurların təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Ali Məclis Sədrinin rəhbərliyi ilə bu il də rayonumuzda çox sayda quruculuq işləri görülüb. Söz veririk ki, göstərilən qayğıya cavab olaraq öz işimizi layiqincə yerinə yetirəcək, dövlətimizə daim dəstək olacağıq”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Hikmət Nəsirov deyib ki, kənd sakinləri, əsasən, ailə təsərrüfatı ilə məşğul olur. Yaradılan şəraitin nəticəsidir ki, təsərrüfatlarda istehsal olunan məhsulların rayon mərkəzi bazarında və Naxçıvan şəhərində təşkil olunan yarmarkalarda rahatlıqla satışı həyata keçirilir. 

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Xəstəliklərə qarşı vaxtında dərmanlama və dezinfeksiya işlərinin aparılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması sağlam heyvandarlıq məhsullarının istehsalına imkan verir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: