Ordubad şəhər stadionu yenidən qurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, stadionun ümumi sahəsi 8980 kvadratmetrdir. Ərazidə ikimərtəbəli yardımçı bina və 400 nəfərlik tamaşaçı tutumuna malik 2 tribuna inşa edilib, sadə idman qurğuları quraşdırılıb, 30 yerlik avtomobil dayanacağı yaradılıb. Yeni tikilən ikimərtəbəli binanın birinci mərtəbəsində qarderob və digər köməkçi otaqlar, ikinci mərtəbədə isə qapalı tribuna yerləşir.

Süni örtüklü futbol meydançasının eni 45, uzunluğu isə 90 metrdir. Meydançanın ətrafında qaçış zolağı salınıb, ehtiyat oyunçular üçün hər biri 6 oturacaqdan ibarət 2 yer ayrılıb, monitor və 4 projektor quraşdırılıb.

Bina istilik, elektrik və su sistemi ilə təchiz olunub, həyətdə abadlıq işləri aparılıb.

Ali Məclisin Sədri stadionda rayondaxili və rayonlararası yarışların keçirilməsi, qurulanların qorunması ilə bağlı tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: