Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

1263

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, Naxçıvanın Türk dünyasının mərkəzində yerləşdiyini və mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışan Ali Məclisin Sədri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarının Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə etdiyini bildirib və İkinci Qarabağ müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstəyə diqqəti çəkib.

Azərbaycan-Türkiyə əlaqələrinin türk cümhuriyyətlərinin birliyinə xidmət etdiyini bildirən Ali Məclisin Sədri Türkiyə Böyük Millət Məclisində Azərbaycanla bağlı müzakirə olunan bütün məsələlərin yekdilliklə qəbul edilməsinə görə nümayəndə heyətinə təşəkkür edib.

Səmimi qəbula görə minnətdarlıq edən Şamil Ayrım nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfərinin önəmini vurğulayıb və 44 günlük Vətən müharibəsindən sonra Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə münasibətilə təbriklərini çatdıran qonaq ölkələrimiz arasındakı ikitərəfli münasibətləri diqqətə çatdırıb, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bu baxımdan əhəmiyyətini qeyd edib.

Sonda xatirə şəkli çəkdirilib.

Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: